banner
banner

Gündəm

“Azərbaycan tarixi” erməni bayrağında? - NAZİRLİKDƏN AÇIQLAMA

“Azərbaycan tarixi” erməni bayrağında? -

Sosial şəbəkələrdə “Azərbaycan tarixi haqqında məlumat kitabı” adlı hazırlıq kitabının Ermənistan bayrağının rəngində olması məsələsi yenidən gündəmə gəlib.

İstifadəçilər Azərbaycanın tarixindən bəhs edən bir kitabın rənglərinin bu şəkildə olmasına etiraz edirlər. Həmin kitabın hansı ildə dərc olunması göstərilməsə də, “Didaktika” nəşriyyatında çapdan çıxdığı bildirilir. Bəzi abituriyentlər kitabın Təhsil Nazirliyinə bağlı olduğunu da iddia edirlər.

Təhsil Nazirliyi də sözügedən problemlə bağlı açıqlama yayıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə qeyd edib ki, ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan Azərbaycan Tarixi məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır: “Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya,müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı,forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən bəziləri iddia edir ki, kitab fotoşopdur, əslində üz qabığı belədir.

Məsələ ilə bağlı hələ ki, “Didaktika” nəşriyyatının mövqeyini öyrənə bilmədik.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.