Cəbhədə növbəti gərgin gecə - DÜŞMƏN BU DƏFƏ DƏ SUSDURULDU
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.
Cia.az Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan ordusu İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərini atəşə tutub.
Ermənistan Berd rayonunun Çinari kəndi istiqamətindən Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində, Krasnoselsk rayonunun Cil kəndindən və adsız yüksəkliklərdən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə məruz qalıb. İşğalçılar Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Nəmirli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə tutublar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.