banner
banner

Hərbİ

Ermənistan ordusunun iki zabiti öldürülüb - erməni mənbələri...

Ermənistan ordusunun iki zabiti öldürülüb -

Erməni mətbuatı hərbçilərin öldüyünü təsdiq edib

Ermənistan ordusu Azərbaycan hərbçiləri ilə silahlı qarşıdurma zamanı itki verdiyini bəyan edib.
Erməni mətbuatı erməni hərbçiləri ilə azərbaycanlı hərbçilər arasında vəziyyətin gərginləşdiyini yazıb. 
Bildirilib ki, atəşkəsin pozulması zamanı qondarma Dağlıq Qarabağ Respublikasının ordusu itki verərək geri çəkilməli olub. Ermənistan saytları həlak olanlardan birinin adını da açıqlayıb. 
"Silahlı toqquşma zamanı cəbhənin şərq hissəsində tağım komandirinin müavini Axarun Armyan həlak olub. Bundan başqa, daha bir zabitin öldüyü bildirilir. Lakin hələlik onun kimliyi bəlli deyil", - deyə erməni mətbuatı öz itkiləri haqqında məlumat yayıb.
Yazının sonunda iki gün əvvəl kəşfiyyatçı dəstənin komandirinin öldürülməsi də xatırlanıb: "Daxil olan məlumata görə, iki gün əvvəl azərbaycanlı snayper kəşfiyyatçı dəstənin Yezid Həsən ləqəbli komandirini öldürüb." Qeyd edilib ki, Yezid Həsən cəbhənin həmin hissəsində uzun müddət kəşfiyyat aparıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.