banner
banner

Gündəm

Eldar Əzizov danışdı

Eldar Əzizov danışdı

Dünən günün ikinci yarısında saytlarda prezidentin sərəncamına əsasən bir neçə kadr dəyişikliyinin baş verməsi ilə bağlı məlumat yayılmışdı. 

Cia.az xəbər verir ki, sözügedən informasiya ötən günün sonunda təsdiqini tapmadı. Bu barədə hələ ki, heç bir rəsmi məlumat yayılmayıb.

Musavat.com saytı isə Sumqayıtın icra başçısı Eldar Əzizovun yerinə təyin olunduğu deyilən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı məlumatı təsdiqləyib. Belə ki, sayt bu barədə İcra hakimiyyətinə sorğu göndərib.  Sorğuya cavabda Z.Fərəcovun Sumqayıta icra başçısı təyinatı xəbəri təsdiqlənib. 

***

Daha bir məlumat isə faktxeber.com saytında yayımlanıb. Məlumatda qeyd olunur ki, Eldar Əzizov yeni təyinatı ilə bağlı xəbəri təsdiqləməyib: 

"Mən hazırda oturmuşam Sumqayıt şəhər İcra Hakimiyyətində və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Bu, bəzi media orqanlarının növbəti dezinformasiyasıdır və heç bir əsası yoxdur".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.