banner
banner

Sosİal

36 sürücü cərimə olundu

36 sürücü cərimə olundu

Avqustun 1-dən ölkə ərazisində “Təmiz hava” aylığına start verilən reydlər sona çatıb. 

Cia.az Kəpəz TV-yə istinadən xəbər verir ki, yoxlamalar  zamanı 30-dan artıq sürücü cərimə olunub.

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi bu ay ərzində keçirdiyi yoxlamaların nəticələrini açılayıb. 

Şöbənin təbliğat və təşviqat üzrə inspektoru Vasif Əşrəfov bildirib ki, “Təmiz hava” aylığı çərçivəsində 36 nəqliyyat vasitəsinin sürücüləri  inzibati qaydada cərimələnib.  Şöbənin inspektorunun sözlərinə görə, aksiyanın əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. 

Şöbədən o da bildirilib ki, nəqliyyat vasitələri sahibləri, sürücülər və eləcə də avtonəqliyyat müəssisələri rəhbərləri istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Əks halda həmin sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.