banner
banner

Gündəm

Zakir Fərəcov Abşerondan getdi- Qadağaya son qoyuldu

Zakir Fərəcov Abşerondan getdi-

Bir neçə gündür ki, ölkədə icra başçıları ilə bağlı kadr dəyişikliyi müzakirə olunur. Rayon sakinləri başçılarla bağlı ümumi təəssüratlarını sosial şəbəkələrdə paylaşırlar. 

Cia.az xəbər verir ki, həmin məlumatlardan biri də Abşeronun eks-icra başçısı hazırda isə Sumqayıtda fəaliyyətini davam etdirən Zakir Fərəcovla bağlıdır. Məlum olub ki, icra başçısının istəyi ilə 119 nömrəli avtobusun istiqamətində dəyişiklik olub. Belə ki, sözügedən marşrut əvvəllər Abşeron rayon İcra Hakimiyyətinin yerləşdiyi Rəsulzadə küçəsindən hərəkət edirmiş. 
2005-ci ildə Zakir Fərəcov Abşerona başçı təyin edildikdən sonra 119 nömrəli marşruta İcra Hakimiyyətinin binasının önündən keçməyə qadağa qoyub. Buna görə də avtobus sürücüləri əziyyət çəkərək bir neçə istiqamətdə yollarını dəyişiblər.
 
Maraqlıdır ki, Zakir Fərəcov Abşerondakı postunu təhvil verən kimi həmin qadağa da aradan qaldırlıb. Xırdalan sakinlərinin sözlərinə görə, 119 nömrəli avtobusun sürücüləri yenidən əvvəlki istiqamətdə Rəsulzadə küçəsində hərəkəti bərpa olunub. 
 
Hazırda avtobus sürücüləri və sərnişinlər yeni icra başçısı İradə Gülməmədovanın qərarının necə olacağını maraqla gözləyirlər.
 
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytında 119 nömrəli avtobusun hərəkət cədvəlində Rəsulzadə küçəsinin adı yoxdur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.