banner
banner

Gündəm

"Qayınanadan ana olarmı?" - Qənirə Ataşova

"Qayınanadan ana olarmı?" -
ANS-in aparıcısı Qənirə Ataşova qayınanasından bəhs edib. 
Cia.az-ın məlumatına görə, aparıcı sosial şəbəkədə "Qayınanadan ana olarmı?" başlıqlı yazısında bunları vurğulayıb:
"Səninlə ilk tanışlığım oğlunla başladı. Anasından danışarkən daha çox yatıb, ya da kitab oxuyur sözünü eşidirdim. Gündüzlərdə yatmaq olar? Sonra tanış olduq. Olduqca savadlı olan xanımla dil tapmaq çətin olmadı. Qəribədir... Söhbətimizin ilk mövzusu cüzamlı xəstələrlə bağlı oldu, sonra məndən "Ovod"u oxuyub oxumadığımı soruşdun. Ardınca "Padre"ni müzakirə etdik. Oralara hardan gəldiyimizi xatırlamıram. Sonra qohum olduq. 

Yaxşı insan olduğunu anamı itirdiyimiz gecə gördüm. Bizi tək buraxmadın. Dəfndən sonra, ilk gecə yatmaq olmur. Sən isə səhərə kimi anamızın cənnətdə olduğunu deməklə bizi ovutmağa çalışdın. Açıq deyirəm səni tək qızına qısqandım. Bu da anamı itirəndən sonra ana-balaların birgə söhbətini görmək istəməməyimdən irəli gəlirdi. Anasını 23 yaşında itirənlər məni başa düşər. Bu dönəm keçici olur. Özümü tərbiyyə etməyi bacardım. Sonra anladım ki, qızın da səni mənə qısqanır. İlk uğurun bizim aramızı düzəltməyin oldu. Necə düzəltdinsə, illərdir aramızdan kiçik inciklik belə keçməyib. İradəni isə övladın agir xəstəliklə çarpışanda gördüm. Gözündən bir damla olsa belə yaş axıtmadan, "Mən inanıram, o sağalacaq" deməklə..... Onu sağaltdın. Sənin sayəndə mən də təcrübə toplayırdım. 

İşdən yorğun gələndə isə qarşıma isti yeməyi də sən qoydun. Bir dəfə də olsun yoruldum dediyini eşitmədim. Hər süjetimə obyektiv, lazım gələndə tənqidlə də yanaşa bildin. Bilmədiklərimi isə səndən öyrəndim (Xüsusən də ikinci dünya müharibəsi ilə bağlı). Düzdü, sizdə olduğum ilk gün mənə anadan başqa nə istəsən deyə bilərsən söyləmişdin. 

Sonradan isə mənə analıq etdin, hətta sənə ana deməyimi istədin. Ox yaydan 2005-ci ildə çıxdığı üçün bunu edə bilmədim. Bəzən isə bir-birmizə o qədər yaxın olduq ki, çaşıb rəhmətlik anamı çağırdığım kimi sənə sadəcə, "Ma" deyə müraciət etmələrim də oldu. Səhvimi isə tez düzəldər, "Ma" dediyim uçun utanırdım. Mamamdan sonra işlətmədiyim "Ma" kəlməsi necə ola bilər ki, illər sonra ağzimdan çixib? Bu suala hələ də cavab tapa bilmirəm. Bizi birləşdirən Fərhad və Ceyhun isə məndən çox səni sevdilər. Açıq deyirəm zarafatlarıma baxma, heç zaman onların sevgisini sənə qısqanmadım. Səhvlərini məndən gizlədəndə isə sənə hirslənər və təkrarlanmayacağına dair səndən söz alardım, sən isə əməl etməzdin. Mən də tapmaq üzrə mütəxəssis olduğumdan uşaqlarla bağlı gizlətdiklərini ortaya çıxarardım. Ən ağır sözün "Nənə olarsan məni başa düşərsən" oldu. 

Mənim ən çox işlətdiyim kəlmələrdən biri də "Məhruyyə xala" oldu. Bu sözü o qədər çox işlətmişəm ki, hətta iclasın ən qızğın yerində rəhbərlərimə Məhruyyə xala deyə müraciət etmələrim də olub. Bu o qədər çox olub ki, iş yerimdə xoş xatirəyə də çevirilib. Bu gün sənin 69 yaşın olur. Bizim yollarımız indi ayrılıb. Hətta bir-birimizə yad olsaq da Sən mənim üçün bu dünyanın ən gözəl insanısan. Sən gözəl qadınsan".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.