Tanınmış prodüser Kamal Cenk İçtən ilə model Minarə Allahverdiyeva boşanıb.
Cia.az-ın məlumatına görə, bu haqda prodüser sosial şəbəkədə məlumat verib:
“Bu gündən etibarən həyatımda yeni səhifə açıram. Xahiş edirəm ki, heç kim şəxsi həyatımla bağlı sual verməsin. 18 ayı bərabər keçirdiyim və qızım Məryəm Nur İçtənin anası ilə yollarımızı ayırdıq. Ona bərabər olduğumuz hər an üçün təşəkkür edirəm. Allah yeni həyatında ona hüzur, xoşbəxtlik, can sağlığı versin. Allaha əmanət olsun”.
Qeyd edək ki, cütlük fevralın 1-i 2014-cü ildə ailə qurub. Bu, Minarə və Cenkin ikinci evliliyi idi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.