banner
banner

Gündəm

Tovuzdakı toyda zəlzələ həyəcanı- Fotolar

Tovuzdakı toyda zəlzələ həyəcanı-

Tovuzda toya hazırlaşan ailəni xoş gün yox, zəlzələ həyəcanlandırıb. 

Cia.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün Şəkidə baş verən zəlzələ qərb bölgəsində aydın hiss olunub. Belə ki, Tovuz rayonunun Ağdam kəndində toy şənliyinə hazırlaşan sakinlər zəlzələ zamanı daha çox həyacanlanıblar. Təbiət hadisəsi zamanı 60 yerlik kənd bağçasında çatlar yaranıb, binanın müxtəlif hissəsindən daş parçaları qopub düşdüyündən bağçanın işi dayandırılıb və uşaqlar valideynlərinə təhvil verilib.

İki dəfə baş verən güclü titrəyiş zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Kənd sakini Qalib Bağırovun yaşadığı evdə də zəlzələ iri çatlar yaradıb. Onlar qonşuluqda toy mağarında olduğundan hər hansı zərər görməyiblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.