Müdafiə Nazirliyindən Ermənistana hədə - “Məhv edəcəyik”
Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində son günlər baş verən hadisələrlə bağlı açıqlama yayıb.
Cia.az xəbər verir ki, nazirliyin açıqlamasında deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq, son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu zonada düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə davamlı zərbələrindən ağır itkilərə məruz qalan erməni tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimizi və dinc sakinlərimizi atəşə tutmağa başlayıb: “Cəbhədə uğursuzluğa düçar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərəkətinin qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz qəti və adekvat tədbirlər görürlər.
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə endirəcəyi daha ağır zərbələrin gücündən ehtiyatlanan Ermənistan rəhbərliyi guya hərbi təlimlərin keçirilməsi adı altında sərhədboyu zonada yerləşən 20-dək yaşayış məntəqəsindən kənd sakinlərini təxliyə etməyə başlayıb.
Müdafiə Nazirliyi bildirir ki, kəndlərimizin və dinc sakinlərin düşmən tərəfindən atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən atəş sistemlərindən istifadə etməklə düşməni məhv edəcək”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.