Türkiyə millisinin baş məşqçisi Fatih Terimin qızları Mərvə və Busə atalarının ad gününü sosial şəbəkədən təbrik ediblər. İnstaqram səhifələrində ayrı-ayrılıqda ataları ilə olan şəkillərini paylaşan qızlar yazıblar:
Mərvə: Onu itirməkdən başqa, heç nədən qorxum yoxdur. Səni nə qədər çox sevirəmsə, ömründən keçən illər o qədər çox olsun! Ad günün mübarək, atam!”.
Busə: “Həyatımın tək mühüm insanı canım atam! Mənim və bacımın kədərlənməməsi və göz yaşlarımızın axmaması üçün ömrünü bizə həsr etmiş, bizim üçün hər şeyə səbr edən, canım atam! Sənə sahib olmaq bu həyatda övlad olaraq mənə verilən ən böyük şansdır. Bilirsən ki, mən sənə çox oxşayıram. Allah mənə səninlə birlikdə yaşayacağım daha bir çox il nəsib etsin. Ad günün mübarək. Səni həyatda hər şeydən çox sevirəm. Yaxşı ki, varsan...”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.