Azərbaycanda iPhone satışında - sensasion maxinasiya
ABŞ-ın məşhur “Apple” şirkətinin məhsullarının idxalı və satışı ilə məşğul olanlar rəsmən etiraf ediblər ki, bu şirkətin Azərbaycanda satılan telefon və planşetləri zavod istehsalı deyil.
Başqa sözlə, Azərbaycan istehlakçılarına indiyə qədər yeni İPhone adı altında, özü də çox yüksək qiymətə yalnız “refurbished” (bərpa olunmuş) “Apple” smartfonları satılıb.
Yenilənmiş cihazların satışı proqramı “Apple” şirkətində çoxdan var. Şirkət belə cihazları həm də öz internet mağazası vasitəsilə realizə edir. Məsələn, ABŞ-da belə mağazalar var.
“Sanki yeni iPhone kimi” bu, “Apple” şirkəti məhsullarının əvvəllər başqa ölkələrdə istehlakçılar tərəfindən istifadə olunmuş, sonradan bərpa prosesini keçmiş, yeni sahibini tapmazdan əvvəl korpus və ekranı dəyişdirilmiş bir cihazdır.
Özü də bərpa edilmiş iPhone-lərin qiyməti zavod istehsalı olan smartfonların qiymətindən çox aşağı olur. Məsələn, telefon “Apple Store” mağazalarında trade-in proqramı əsasında dəyişdirilə bilər. Yaxud onda lap əvvəldən qüsur ola bilər. Məsələn, dinamiki zay çıxa bilər. Müştəri istəyəndə bunu yenisi ilə əvəz edirlər. Sonra qüsuru olan cihazı zavoda qaytarır, orada onun dinamikini dəyişirlər. Bütün bunlardan sonra isə cihazın ekran və korpusu zavodda dəyişdirilir (çünki onlar əvvəlki sahibləri tərəfindən istifadə olunanda cızıla bilər).
Ən sonda bu məhsullar təzə adı ilə qablaşdırılır, qutuya isə yeni batareya və qulaqcıqlar qoyulur.
Şirkətin reklamlarında deyilir ki, iPhone-ləri “Apple” şirkətinin Azərbaycandakı yalnız aşağıda adları göstərilən rəsmi dilerlərindən ala bilərsiniz: “Alma Store”, “World Telecom”, “İntegral Plus”, “İrshad Telecom”, “Magnit”, “Music Gallery”, “Kontakt Home”, “Baku Electronics”, “Rentel”.
“İkinci əl” köhnə iPhone-lərin Azərbaycanda uzun illər ərzində satılması, özü də təzə telefon adı ilə və baha qiymətə satılması istehlakçıların hüquqlarının açıq-aşkar pozulması, alıcıların aldadılması, beləliklə də faktiki olaraq cinayət deməkdir. Əlinizdəki təzə saydığınız iPhone-yə diqqətlə baxın. Əslində isə siz yaxşı təmir olunmuş “ikinci əl” telefon işlədirsiniz...
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.