banner
banner

Sağlamlıq

Xərçəngin çarəsi eşşək arısında ola bilər

Xərçəngin çarəsi eşşək arısında ola bilər

Xərçəngin müalicəsində yeni ümid yaranıb.

Alimlər yalnız Braziliyada rast gəlinən və “Polybia Paulista” adlandırılan eşşək arısı növünün xərçəngin müalicəsində böyük irəliləyiş ola biləcəyini iddia edir.

Alimlər həmin eşşək arılarının zəhərindən xərçəngə qarşı mübarizədə istifadə edə biləcəklərinə inanırlar.

 

San-Paulo Universitetinin professorları eşşək arısının zəhərindəki “MP1” adlı maddənin xərçəngli hüceyrələrə yapışaraq onları məhv etdiyini iddia edirlər. Mütəxəssislər araşdırmaların hələlik ilkin mərhələdə olduğunu və xərçəngin müalicəsində eşşək arısı zəhərindən istifadə etmək üçün hələ uzun müddət tədqiqatlara davam edəcəklərini açıqlayıblar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.