banner
banner

Hərbİ

Son bir həftədə 7 erməni hərbçisi məhv edilib, xeyli yaralısı var

Son bir həftədə 7 erməni hərbçisi məhv edilib, xeyli yaralısı var

Son bir həftə ərzində düşmən xeyli sayda itki verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır. Həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub.

Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib.

Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.