banner
banner

Gündəm

Sevil Əliyeva sahibi olduğu “Space”də- Foto

Sevil Əliyeva sahibi olduğu “Space”də-

Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum üçüncü prezidenti Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıdadır. 

Cia.az musavat.com-a istinadən xəbər verir ki Sevil Əliyeva sentyabrın 4-də sahibi olduğu Space telekanalına da baş çəkib. Onun kanala gəlişi axşam saatlarına təsadüf edib. 

S.Əliyeva sonuncu dəfə kanalda 2007-ci ildə olubmuş. Heyətlə görüşü, onların işi ilə maraqlanması, hər biri ilə söhbət etməsi həmin vaxt da indiki kimi baş tutub. Məlumatda bildirilir ki, 8 il bundan əvvəl də S.Əliyeva kanala iki oğlu ilə birgə gəlmişdi. Bu dəfə də onu kanala gəlişində oğulları müşayiət edib. İşçilərlə tanış olub, onların işləri ilə maraqlanandan sonra S.Əliyeva telekanalın prezidenti Vaqif Mustafayevlə yarım saatlıq görüş keçirib, ondan sonra kanalı tərk edib. 

Bu arada müğənni Elariz S.Əliyeva ilə fotosunu sosial şəbəkədə paylaşıb. Sənətçi şəkili çəkilişdə olarkən çəkdirdiyini qeyd edib: "Sevil xanım Əliyeva və mən Elariz Məmmədoğlu Space telekanalında".

Elariz Məmmədoğlu ans press-ə açıqlamasında fotonun dünən çəkildiyini bildirib: 

“Dünən Aşıq Samirənin ad günü çəkilirdi. Pavilyonda 20-yə yaxın müğənni vardı. Bir də gördük Sevil xanım Əliyeva və Vaqif Mustafayev gəlir. Bizimlə söhbət etdilər, çəkilişlə maraqlandılar. Sevil xanım hətta  "Elariz, siz cavanlaşmısız" deyərək mənə komplimentdə də etdi. Bu görüş hamımıza çox gözəl təsir bağışladı, heç vaxt bu görüşün təəssüratlarını unutmayacam. Çəkilişdə iştirak edən müğənnilər Sevil xanımla şəkil çəkdirdi. Yəni sosial şəbəkələrdə paylaşdığım foto kollektiv şəkildən kəsilmiş hissədir”.

İlkin ehtimallara görə, son vaxtlar Space kanalına qarşı hücumlar, hətta MTRŞ səviyyəsində qınaq, verilişləri ilə bağlı tənqidi mövqelərin çoxalması onun təklənməsi təəssüratını yaradırdı. S.Əliyeva isə kanala gələrək, həm “gövdə göstərisi” edib, həm də seçkiöncəsi rəhbərliyə yeni göstəriş və strategiylarını verib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.