Son vaxtlar uşaqlarla baş verən xoşagəlməz hadisələrə türkiyəli müğənni İbrahim Tatlısəs də münasibət bildirib. "Hər şey uşaqlarımız üçündür. Onlara sahib çıxmalıyıq" deyə, açıqlama verib. O, sosial şəbəkədə övladları ilə şəkillərini paylaşaraq bunları yazıb:
"Uşaqlarımız olmasa, yaşamağın nə mənası var ki? Yemək, içmək, yatmaq, onlara qulaq asmaq, onları başa düşmək, onlarla mehriban yaşamaq... Uşaqlarımın heç birinə bir sillə belə vurmamışam. Allahım heç vurdurmasın da. Hərdən əsəbiləşdiyim hal olur. Amma çox özümdən çıxdığım hal olmur. İnşallah heç olmaz da".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.