Yuxusuzluq insan sağlamlığına zərbə vuran əsas amillərdən biridir.
Normal yuxu təmin edilmədiyi halda orqanizmin tam sağlamlığından söhbət gedə bilməz. Yuxu rejiminin pozğunluğu orqanizmdə ağır fəsadlar törətməklə ən ciddi xəstəliklərə belə səbəb olur. Bunları nəzərə alaraq yuxu rejiminə daima nəzarət etmək, sağlam həyat tərzinin əsası olan sağlam və dərin yuxuya sahib olmaq üçün bütün mümkün olan vasitələrdən istifadə etmək lazımdır.
1. Yatmazdan əvvəl ayaqlarınızı ilıq su ilə yuyun, daban və ayaq pəncələrinizi küncüt yağı ilə isladılmış pambıqla silin. Bu ən yaxşı təbii sakitləşdirici vasitələrdən biridir.
2. Ayurveda yatağın baş tərəfinin şərq istiqamətində olmasını tövsiyə edir.
3. Yatarkən üzünüzü yorğanla örtməyin. Adətən soyuq havalarda insanlar buna vərdiş edirlər. Bu isə olduqca zərərlidir. Belə ki, üzü bağlayarkən orqanizm lazımi havanı qəbul edə bilmir.
4. Yataq dəstinizin təmiz və quru olmasına xüsusi diqqət yetirin. Nəm və çirkli dəstlərdə yatmaq orqanizm üçün təhlükəlidir.
5. Tez yatıb, tez durmağı vərdiş halına salın. Belə vərdiş sizi gün ərzində gümrah və enerjili saxlayacaq.
6. Qarnı üstə yatmayın. Bu nəfəsalmanı çətinləşdirir, dərin və sağlam yuxuya mane olur.
7. Yatmazdan öncə otağın havasını dəyişin. Çox isti otaqda yatmağa adət etməyin.
8. Yataq otağında heç bir məişət cihazı saxlanılmamalıdır. Televizor, kompüter, planşet, smartfonları yataq otağına qoymaq qəti yolverilməzdir.
9. Yataq paltarlarınızın təbii materiallardan olmasına diqqət yetirin. Onlar yüngül və rahat olmalıdır. Corabla yatmaq sağlamlıq üçün ziyandır.
10. Ayurveda kürəyi üstə yatmağı məsləhət görmür. Belə ki, kürəyi üstə yatmaq beynin fəaliyyətinə mənfi təsir göstərir.
11. Yatmazdan qabaq yeməkdən imtina edin. Dolu mədə ilə yatmaq normal yuxuya mənfi təsir göstərir. Digər bir tərəfdən isə yuxu öncəsi qəbul edilən qidanın orqanizm üçün heç bir faydası olmur. Əksinə bu qidalar orqanizmdə toksinlərin yaranmasına səbəb olur.
12. Yuxunuzun dərin və sağlam olmasını istəyirsinizsə yatmazdan ən azı 1-2 saat əvvəl zehni əməklə məşğul olmaqdan çəkinin.
Bu adi qaydalara riayət etməklə sağlam yuxuya sahib olmaq mümkündür. Sağlam yuxu isə gümrahlıq, xoş əhval və ən başlıcası isə sağlamlıq deməkdir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.