banner
banner

Gündəm

Kiber cinayətin bilinməyən üzü

Kiber cinayətin bilinməyən üzü
Məlum olduğu kimi, Azərbaycanın bəzi səfirliklərinin internet ünvanları haker hücumlarına məruz qalıb. Bunu ANS PRESS-ə açıqlamasında Xarici İşlər Nazirliyinin(XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Belçika, Hollandiya və Qətərdəki səfirliklərimizin internet ünvanlarına 5 sentyabr 2015-ci il tarixində özünü “Artsax kiber ordusu” adlandıran qrup tərəfindən kiber terror hücumları edilib.
 
"Qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edildi. Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı tez-tez həyata keçirilir."- deyə xidmət rəhbəri bildirib.
 
Hikmət Hacıyevin sözlərinə görə, Ermənilər vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini qəsdən kobud şəkildə pozur, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşir.
 
Diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını “kompensasiya” etməyə cəhd göstərir. Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları “host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir", - deyə XİN rəsmisi əlavə edib.
 
Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı əsasda həyata keçirilir.
 
Qəsddən vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini kobud şəkildə pozan, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşən və diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını “kompensasiya” etməyə cəhd göstərir.
Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları “host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir.
 
Əslində hakerlərin bu cür hücumlarına informasiya müharibəsinin tərkib hissəsi kimi baxmaq lazımdır. Mütəxəssislər bildirir ki, bəzən bu müharibələr sistemli şəkildə qurulur. Hansısa ölkə digərinə hücum etməzdən əvvəl informasiya müharibəsinə başlayır. Son dövrlər dünyada müharibə öncəsi virtual müharibə dəbə minib. Bəzən bu proses həvəskarlar səviyyəsində də həyata keçirilir. 
Təcrübə göstərir ki, adətən ixtisaslaşmış, müvafiq biliklərə yiyələnmiş haker özünü təsdiqləmək üçün hansısa informasiya blokunu dağıdır. Amma bunlardan başqa üçüncü istiqamət də var: müəyyən biznes, maliyyə qurumları ixtisaslaşmış hakerləri ələ keçirərək, onların qarşısına rəqib tərəfin informasiya resursunu dağıtmaqla bağlı konkret şərtlər qoyurlar. Bu müharibədən bəzən rəqiblərini susdurmaq üçün siyasi qurumlar da istifadə edir. 
 
Fakt budur ki, Azərbaycanda sözügedən prosesi icra edənlər planlaşdırılmış istiqamət üzrə davranmırlar. Bu, daha çox  vətənpərvərliyi güclü olan, “biliyi aşıb-daşan” vətənsevərlər səviyyəsində edilir. Nəyə görəsə hakerlər buna virtual olaraq torpaq işğal etmək kimi yanaşırlar. 
 
Ümumiyyətlə, bu hücumların qarşısını almaq üçün dövlət qurumları səviyyəsində yeni informasiya resursları yaranmalıdır. Bu, hökumətin qarşısında vəzifə kimi dayanmamalıdır. Digər tərəfdən, informasiyanın yeni yayılma metodlarını, insan psixikasına təsir edən təbliğat materiallarını kəşf etmək daha oturuşmuş, dayanıqlı vasitələr ola bilər. Siyasəti bunların üzərində qurmaq lazımdır. 
Bəs bu vəziyyətdə hökumət nə etməlidir? Həvəskar hakerlərin mübarizəsinin dövlətin rəsmi saytlarına, habelə informasiya resurslarına zədə vurmaması üçün hansı vasitələrdən istifadə olunmalıdır? 
 
Aparılan araşdırmalar göstərir ki, bunun üçün hökumət, xüsusən də xüsusi xidmət orqanları təşkilati duruma diqqət yetirməlidir. Məsələn, bir neçə il öncə İTV-nin saytına “bacıoğlu” ləqəbli haker hücum edərkən də o gerçək üzə çıxdı ki, telekanalın internet resursu dövlətin əmlakındadır. Bu əmlak isə Kaliforniyadadır. 
 
Elə ona görə də İTV-nin saytını bir sutkadan sonra bərpa edə bildilər. Halbuki informasiya resursu əllərində olsaydı, 10 dəqiqə içində saytın fəaliyyətini bərpa etmək mümkün idi.
İnternet resursunun xaricdə yerləşdirilməsinin də öz səbəbi var. Çünki bu xidmət xaricdə daha ucuzdur. Az miqdarda vəsaitə dayanıqlı informasiya təhlükəsizliyi tədbirləri həyata keçirmək olar. Azərbaycanda bunun üçün 500 dollar ödəmək lazımdırsa, xaricdə 100 dollar kifayət edir. 
 
Daha bir fakt. Azərbaycanın bütün resursları xaricdədir. Dövlət ya onları çıxarıb Azərbaycana gətirməli, ya da internet texnologiyasının verdiyi imkanlar çərçivəsində həmin saytların iki-üç surətini çıxarmalıdır. Yəni, əsas surət Bakıda olsun, qalanları xaricdə. 
 
Bəs gizli düşmənləri, hakerləri müəyyənləşdirmək o qədər də çətin iş deyil. İnternet resursu hansı kompüterdə oturubsa, orada müvafiq analiz aparmaqla sonuncu müraciətlərin haradan daxil olduğunu müəyyənləşdirmək mümkündür. Orada həmin hakerin izi qalır və siqnal müəyyənləşdirir ki, filan ölkədən müraciət olunub. Bu cür cinayətlərin aşkara çıxarılması üçün dövlətlərarası müqavilə olmalıdır. Kiber Cinayətkarlıq haqqında Konvensiyaya qoşulan ölkələr internetin üzərindən həyata keçirilən cinayətləri tapmaq barədə öz üzərinə öhdəlik götürür. İndiyə qədər bu öhdəliyi 30-40 ölkə imzalayıb. 
 
Xatırladaq ki, daha öncə MTN-ə milli informasiya sistemlərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi sınaq laboratoriyaları yaradılması təklif olunmuşdu. Həmin laboratoriyalar çox qısa müddət ərzində hakerlərin hücumlarını, habelə onların kimliyini müəyyənləşdirə bilər. Prezidentin yanında Dövlət Xüsusi Mühafizə Xidmətinin nəzdində dövlətin internet resurslarına cavab verən qurum fəaliyyət göstərir. Amma onların fəaliyyəti qənaətbəxş olmadığı üçün hazırda belə bir situasiya yaşanır. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.