Mərhum prezident Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıdadır. Bu haqda mətbuatda məlumatlar verilib və onun ilkin açıqlaması dərc edilib.
Sevil Əliyeva özü Haqqin.az-a açıqlamasında bildirmişdi ki, azad insan və turist kimi Bakıya gəlib:“Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı”.
Ancaq “Azadlıq” qəzeti Sevil Əliyevanın Bakıya gəlişinin səbəbləri barədə digər iddialar yazıb. Qəzet iddia edib ki, xeyli müddətdir Londonda yaşayan Sevil Əliyevanın Azərbaycana qəfil gəlişi mərhum əmisi Aqil Əliyevin oğlu İlqar Əliyevlə bağlı yaranmış hansısa problemlərlə əlaqəli olub : “Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə İlqar Əliyevin sahibi olduğu dərman satışı ilə məşğul olun “Riad Farm” şirkətinin hüquqi sahibi Həsən Şərifovla icraçı direktoru Aqil Quliyev həbs olunub. Onlar Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İddialara görə, İlqar Əliyev bu məsələ ilə bağlı əmisi oğlu olan ölkə başçısı İlham Əliyevin qəbuluna gedib. Lakin ölkə başçısı onu qəbul etməyib. Bundan başqa, məlumata görə, İlqar Əliyevdən Baş Prokurorluqda tutduğu vəzifədən istefa verməsi barədə ərizə alınıb. Bildirilir ki, Sevil Əliyeva məhz bu məsələləri yoluna qoymaq üçün Bakıya gəlib”.
Bu iddialarla bağlı Sevil Əliyeva yenidən açıqlama verib. O, Haqqin.az-ın bununla bağlı müraciətinə çox sərt reaksiya verib:“İlk növbədə demək istəyirəm ki, sizə ayıb deyilmi? Yəni, mənim doğma şəhərimə gəlmək haqqım yoxdur? Öz evimə gələ bilmərəm? Bu nə uydurma və səviyyəsizlikdir? Axı mən artıq dedim ki, bura azad bir insan kimi gəlmişəm. Qohumlarım və dostlarım ilə görüşürəm. Valideynlərimin məzarını ziyarət etmişəm. Bax, indi də mən oğlumla birlikdə evdəyəm. Əmiqızı Fəxriyyə Xələfova və onun oğlu Məhəmməd bizə qonaq gəlib, oturub birlikdə çay içirik“.
Daha sonra S. Əliyeva yayılan məlumata münasibət bildirib: “O ki qaldı mənim əmim oğlu İlqar Əliyevə, bununla bağlı onu demək istəyirəm ki, mən sonuncu dəfə institutda oxuyanda onu görmüşəm. Bu nə axmaqlıdır, siz nə danışırsız?! Ümumiyyətlə, mən nə bu oliqarxlarla bağlı, nə onların kreditləri haqqında, nə də digər qalmaqallarla bağlı heç nə bilmirəm. “Oliqarx”, “məmur”, “vəzifə” – bunlar mənim ruhuna yad olan sözlərdir. Hətta atam prezident olduğu vaxtlarda belə mən nə nazirlər, nə də məmurlarla heç vaxt görüşməzdim. Dövlət işlərinə heç vaxt qarışmamışam. Mənə yaxın insanlar, dostlar bunu yaxşı bilirlər. Mənim anam da belə idi”.
Sonda Sevil Əliyeva jurnalistlərdən onun adını bu cür qalmaqallara qarışdırmamağı xahiş edib:“Mənim adımı müxtəlif intriqalara və siyasi spekulyasiyalara cəlb etmək, qarışdırmaq lazım deyil. Hamınızdan bunu xahiş edirəm!”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.