Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski 15 kiloqram arıqlamaq istədiyini etiraf edib. Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. “Mən hər il müayinələrdən keçirəm. Artıq çəkim var. 15 kiloqram arıqlamalıyam. Hazırda mən 105 kiloqramam. Lakin 90 olmalıyam. Bunun nəticəsində məndə xolesterinin miqdarı yüksəkdir”, - deyə Jirinovski bildirib. Onun sözlərinə görə, işlərin çoxluğundan idmana xeyli vaxt sərf edə bilməyəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.