banner
banner

Hərbİ

Ermənilər "vida mərasim"i təşkil etdi

Ermənilər "vida mərasim"i təşkil etdi

Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi hərbi vertolyotun ekipaj üzvlərinin cəsədləri ilə saxta "vida mərasimi" keçirilib. Modern.az saytı Ermənistan mətbuatına isitnadən xəbər verir ki, Yerevanın Nor-Nork rayonundakı “Müqəddəs Sarkis” kilsəsində keçirilən "vida mərasimi"nə prezidetn Serj Sərkisyan, baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan, bütün ermənilərin katolikosu II Qaregin, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Movses Akopyan və başqa şəxslər iştirak edib.
Ermənistan rəhbərliyi bəyan edib ki, erməni pilotların cəsədləri bu gün günorta saatlarında Yerevanın “Yerablur” hərbi məzarlığında "dəfn ediləcək".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazilriyi noyabrın 12-də Ağdam cəbhəsində məhv edilmiş Mİ-24 vertolyotunun ölmüş pilotlarının cəsədlərinin cəbhə xəttindəki neytral ərazidə qaldığını bildirir. Erməni tərəfi isə xüsusi əməliyyat keçirərək, guya, cəsdəlrin oradan çıxarıldığını deyir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.