BQXK Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlunun ittihamlarına cavab verib
Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, BQXK mandatına uyğun olaraq fəaliyyətini həyata keçirir. BQXK-nın mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mandata uyğun olaraq əlindən gələn bütün fəaliyyətini həyata keçirdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Kəlbəcərdə doğmalarının məzarını ziyarət etməyə gedərkən ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov BQXK-nın Dilqəm Əsgərovla bağlı çatdırdığı məlumatlara inanmadığını bildirmişdi. O həmçinin BQXK, ATƏT, BMT-nin İnsan Hüquqları, Qaçqınlar üzrə Ali Komissarlığa müraciət etdiyini, lakin onlardan heç bir cavab almadığı demişdi.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.