banner
banner

Gündəm

Çingiz Abdullayevlə bağlı - Şok iddia

Çingiz Abdullayevlə bağlı -

Tanınmış yazıçı, “Neftçi”nin Müsahidə Şurasının sədri Çingiz Abdullayev bir həftə öncə sensasion açıqlaması ilə gündəmə gəlmişdi.  O, "Qarabağ"la "Qəbələ"nin taleyinə birbaşa təsir edəcək qərar verdiyini bildirmişdi:

"Beynəlxalq PEN-klub məndən tələb etdi ki, jurnalist Rasim Əliyevin ölümünə görə Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəkim ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar. Onlar təzyiq edərək “Qəbələ” ilə “Qarabağ”ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük”

Korner.az saytı isə Pen-klubun Şöbələr və komitələr rəhbəri Pol Fineqanın açıqlamasını yayıb. Qurum rəsmisi Çingiz Abdullayevin iddialarına cavab verərək onların Azərbaycanda nümayəndəliyi olmadığını bildirib. O, həmçinin Çingiz Abdullayevi tanımadığını da sözlərinə əlavə edib.

Məsələni dəqiqləşdirmək üçün Çingiz Abdullayevlə əlaqə saxladıq. O, açıqlamasında Pen-kluba aid bütün sənədləri rəsmi sayt vasitəsilə yayımlanacağını deyib: “Pen-klubun Azərbaycanda rəsmi nümayəndəliyi olmasına aid bütün sənədləri - sertifikatı, şəhadətnaməni, qeydiyyat kağızı rəsmi sayt vasitəsilə yayımlayacağıq. Hansısa bir jurnalist durub özündən yalan məlumat yayır. Biz bunu sübut edəcəyik”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.