banner
banner

Hərbİ

“Çağırışa gəlməyənlər cəzalanacaq” - Səfərbərlik hazırlığı

“Çağırışa gəlməyənlər cəzalanacaq” -

“Ehtiyatda olan hərbi vəzifəlilər hər an səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi təlim toplanışlarına çağırılmağa hazır olmalıdırlar. Əsas məqsəd tələb olunan zaman çərçivəsində bu resursu yığmaqdır”.


Cia.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər.

Qeyd edilib ki, xidmət tərəfindən indiyə qədərki məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib. Bu iş xidmət tərəfindən mütəmadi olaraq aparılıb.

Xidmətdən hərbi vəzifəli şəxslər dedikdə kimlərin nəzərdə tutulduğu məsələsinə də aydınlıq gətirilib: “Hərbi vəzifəli dedikdə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər həm də hərbi yoxlama toplanışlarına çağırılırlar. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Xidmətdən bildiriblər ki, təlimə çağırılan şəxs iş yerinə bu haqda məlumat verməli və təlimdən qayıtdıqdan sonra müvafiq sənədləri iş yerinə təqdim etməlidir: “Qanuna müvafiq olaraq səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə vaxtında gəlməsinə mane olan təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yəni vətəndaşdan başqa, təşkilatların üzərinə də vəzifələr qoyulur. Buna baxmayaraq, təşkilatlar hərbi vəzifəlinin təlimdə olduğu dövrün maaşını ödəməlidirlər”.

Xatırladaq ki, Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan bəzi hərbi vəzifəlilərin xidmətə gecə saatlarında aparılması sosial şəbəkələrdə, sıravi insanlar arasında müəyyən müzakirələrə səbəb olub və suallar yaradıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.