Fransadakı Azərbaycan diasporu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilmiş və hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərindəki təcavüzkar-separatçı rejimin rəhbəri Bako Saakyanın Parisə səfəri ilə əlaqədar müraciət qəbul edib. APA-nın məlumatına görə, bu ölkədə yaşayan azərbaycanlılar adından hazırlanmış müraciət Burq Le Valans şəhərinin meriyasına, Region Departamentinin prezidenti Didier Guillauma, Fransa parlamentinə və Senatına təqdim olunub. Sənəddə separatçı rejimin rəhbəri Bako Saakyanın səfərinin beynəlxalq hüququn normalarının pozulması olduğu vurğulanaraq, belə halların Fransa ilə Azərbaycan arasında mövcud dostluq və anlaşmaya kölgə sala biləcəyi qeyd olunub. Müraciətdə bildirilir ki, Burq Le Valans şəhər merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə “Dostluq haqqında bəyanat” imzalaması hüquq normalarına ziddir.
Fransadakı Azərbaycan diasporu ümid edir ki, münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa beynəlxalq hüquq normalarından çıxış edəcək, Avropanın yanında yer almış bir dövlətin etibarını Avropanın qarşısında olanlarla bir sırada dayanan Ermənistana qurban verməyəcək: “Ukrayna ilə bağlı hadisələrdə Avropanın maraqlarına qarşı çıxan Ermənistana və onun dəstəklədiyi separatçı bir rejimə Avropanın aparıcı ölkəsi olan Fransanın belə mehribancasına qucaq açması, eyni zamanda daim Avropanın maraqlarından çıxış edən Azərbaycanı ciddi şəkildə narahat edən addımlar atması anlaşılmazdır”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.