Aktyor Engin Akyürek Beynəlxalq Seul Dram Mükafatları mərasimində 2015-ci ilin “Ən yaxşı aktyor”u seçilib. 48 ölkədən 212 məşhurun qatıldığı mükafatlandırma gecəsində aktyor finalda “Ən yaxşı aktyor” adını alan 6 finalçıdan biri olub.
O, çıxışı zamanı ölkəsində baş verən terror hadisələrinə də toxunub:
“Eyni dildə danışmasaq da, eyni hissləri paylaşmaq çox gözəldir. Bütün çəkiliş heyətinə və dəyərli ailəmə təşəkkür edirəm. Bu mükafatı aldığıma görə çox xoşbəxtəm, amma son vaxtlar ölkəmdə baş verən terror hadisələrindən dolayı dərin kədər içindəyəm. Təkcə öz ölkəmə yox, bütün dünyaya sülh arzulayıram”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.