banner
banner

Hərbİ

Azərbaycan döyüş təlimləri keçə-keçə hərbi parkını modernləşdirir

Azərbaycan döyüş təlimləri keçə-keçə hərbi parkını modernləşdirir
Ermənistan rəhbərliyi, xaricdəki erməni lobbisi Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalına haqq qazandırmaq üçün 25 ildir hər cür oyundan çıxmaqdadır. Düşmən toplum, onun siyasi elitası, xaricdəki diasporu bu yöndə illərdir həm də belə bir faşist, ksenofobik  tezisdən çıxış edib beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar ki, guya Azərbaycan və erməni xalqları daha heç vaxt bir yerdə dinc-yanaşı yaşaya bilməz, odur ki, onların məntiqincə, yeganə çıxış yolu separatçı rejimin müstəqilliyini tanımaqdır.
 
Bu da növbəti fakt. Gürcü informasiya qaynaqlarının məlumatına görə, az öncə Gürcüstandakı erməni ictimai təşkilatları və erməni apostol kilsəsinin yeparxiyasının təşkilatçılığı ilə erməni əsilli gənc Gürcüstan vətəndaşları işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər. Orada onlar Azərbaycanın dövlət atributlarını, o cümlədən bayrağını təhqir edib, üstəlik, bu vandalist hərəkətləri əks etdirən faktları, fotoları paylaşıblar. 
 
Artıq məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi öz sərt mövqeyini açıqlayıb. Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin yaydığı açıqlamada Azərbaycanın Respublikasının dövlət atributlarının, o cümlədən bayrağının təhqir edilməsinin yolverilməz olduğu bildirilməklə yanaşı, Ermənistan və erməni diaspor təşkilatları irqçi meyli siyasətə son qoymağa çağırılır (APA). 
 
XİN yetkilisinin sözlərinə görə, mənəvi və etik çərçivədən kənar olan bu kimi davranış bir daha onu göstərir ki, Ermənistan və erməni diaspor təşkilatları tərəfindən gənclər arasında irqi ayrı-seçkilik, ksenofobiya, etnik nifrət, “ASALA” terrorçularından “qəhrəman” obrazının yaradılması, terrorizm və ekstremizmin ideoloji təbliğatı siyasəti aparılır: “Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu barədə rasizm xarakterli fikirlər söyləmiş, Ermənistan prezident Serj Sərkistyan isə erməni gənclər qarşısında çıxış edərək, ermənilərin ”üstün genetik xüsusiyyətləri" və qonşu dövlətləri nəzərdə tutaraq, erməni gəncləri qarşısında “tarixi erməni torpaqları”nı azad etmək kimi missiyanın durması barəsində çağırışlar etmişdi".
 
XİN sözçüsü əlavə edib ki, Ermənistanda dövlət səviyyəsində irqi ayrı-seçkilik, ekstremizm və terrorizm əsasında aparılan bu kimi ideoloji təbliğat, gənc nəsil, o cümlədən diaspordan olan gənclərin bu ruhda tərbiyə edilməsi və erməni apostol kilsəsinin yeparxiyasının da bu proseslərdə iştirakı bütün regionu ciddi potensial təhlükələr qarşısında qoyur: “Ermənistan və erməni diaspor təşkilatları rasizm meylli bu təhlükəli siyasətə son qoymalı, gənc nəsli radikalizm, ekstremizm və terrorizm meyllərindən çəkindirməli və qonşu xalqlar və dövlətlərlə barışığa, dostluğa və sülhə səsləyən siyasət yürütməlidir”.
 
***
Təbii ki, düşmən tərəfdə davam edən bu faşist, ifrat millətçi və antitürk ovqatını və isteriyasını ciddiyə alan Azərbaycan üçün öz torpaqlarını azad eləməyin yeganə yolu silahlı qüvvələrini gündən-günə gücləndirmək, onun hərbi parkını ən müasir döyüş maşınları və qabaqcıl hərbi texnologiyalar hesabına modernləşdirməkdir. 
 
Bakının bu istiqamətdə əməkdaşlıq elədiyi dövlətlərdən biri isə nə qədər qəribə də görünsə, Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyadır. İrəvanın narazılıqlarına rəğmən, son illər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq yetərincə uğurlu inkişaf edir. Çünki bu, hər iki tərəfin maraqlarına cavab verir.    
     
Bugünlərdə - Azərbaycanın 65 minlik ən iri təlimlərinin ölkə boyu davam elədiyi vaxtda bəlli olub ki, Rusiya Bakının sifariş etdiyi BMP-3 piyada döyüş maşınlarının sonuncu partiyasını - 50 maşını yola salmağa hazırlaşır (virtualaz.org). Rusiyanın TASS rəsmi xəbər agentliyi hərbi-texniki əməkdaşlıq sferasındakı mənbələrə istinadən belə məlumat yayıb. Mənbə bu barədə Nijni Tagildə işə başlayan “Arms Expo-2015" hərbi sərgisi zamanı danışıb.
 
“Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq. Hazırda təxminən 50 maşından ibarət olan sonuncu partiyanın yola salınmasına hazırlıq gedir” - mənbə deyib. Agentlik xatırladır ki, Rusiya Azərbaycanın sifariş etdiyi T-90 S tanklarının çatdırılmasını da yekunlaşdırmaq üzrədir. 
 
“Rosoboroneksport”dan bildirilib ki, Rusiya Azərbaycanın 2010-cu ildə sifariş etdiyi hərbi texnikanın və silahların çatdırılmasını 2017-ci ilədək tam yekunlaşdıracaq. KİV-lərin məlumatına görə, həmin müqaviləyə 3 batalyonu silahlandırmağa bəs edəcək T-90S tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb. 
 
Bu müqavilənin davamı olaraq Azərbaycan Rusiyadan daha 100 T-90S tankı sifariş verib. Bunlar dünyanın ən güclü tankı hesab olunur. “Rosoboroneksport”dakı mənbələr deyiblər ki, srağagün başlayan hərbi sərgi çərçivəsində Azərbaycan Rusiyadan yeni T-90S, tankları, reaktiv yaylım atəşi sistemləri və digər hərbi texnikanın alınmasına dair təkliflərini verib.
 
***
Əlbəttə ki, Ermənistan da Rusiyadan yeni silahlar alır və bunu Kremlin ayırdığı 200 milyon dollarlıq güzəştli kredit hesabına edir. Rusiya müdafiə sənayesindəki mənbələrə görə, Ermənistana modernizə olunmuş T-73B3 tankları, tank əleyhinə raket sistemləri, BMP-2 döyüş maşınları üçün modullar göndəriləcək. 
 
Müqayisə üçün qeyd edək ki, Ermənistana güzəştli qiymətə veriləcək silahlar Azərbaycanın son illərdə Rusiyadan aldığı və yeni sifariş etdiyi silahlarla müqayisədə həm döyüş imkanlarına, həm miqdarına görə müqayisə oluna bilməz. Azərbaycan Rusiyadan yeni tanklar, reaktiv sistemlər və digər hücum silahları sifariş verməklə Ermənistan üzərində əldə etdiyi əzici hərbi üstünlüyü qoruyub saxlamaq istəyir.

Başqa yol əslində qalmayıb. Danışıqlar masası arxasında işğalçı tərəfi konstruktiv mövqe tutmağa, ram eləməyə vadar etmək üçün Azərbaycan düşmən üzərində nəinki iqtisadi, həm də əzici hərbi üstünlüyünü saxlamağı daim özünün prioritet saymalıdır. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.