Parolların qeyri-aktuallığı məsələsi dəfələrlə qaldırılıb. Kodların potensial alternativlərini ABŞ-ın “Intel” şirkəti də müzakirə edir.
Şirkət nümayəndələri bildiriblər ki, bütün onlayn hesabların parollarını yadda saxlamaq qeyri-mümkündür. Buna görə də akkauntlara daxil olmaq üçün biometrik məlumatlardan, məsələn, barmaq izlərindən istifadə daha rahat olar.
“Intel” bunu artıq bu gün etməyin mümkün olmasını iddia edir.
“Biz kompüterlərdən bütün parolları ləğv etmək istəyirik”, - "Intel Client Computing Group” şirkətinin baş vitse-prezidenti və baş meneceri Kirk Skaugen Nyu-Yorkda keçirilən "Citi 2015 Global Technology Conference” konfransında bildirib. O əlavə edib ki, biometrik autentifikasiyadan altıncı nəsil "Core system” texnologiyasını əldə edən bütün istifadəçilər yararlana bilər.
Şirkət yeni çipləri ötən həftə təqdim edib. Bu çiplərin bazası əsasında üzün tanınması funksiyasına malik bir sıra "Windows” sistemli qurğular işləyir.
Biometrik parolların tam funksionallığı üçün təsviri müxtəlif bucaqlardan skan etməyə imkan verən "Intel RealSense” “3D” kamerasını da almaq tələb olunur.
Sistem həmçinin insanı arterial təzyiqinə, müxtəlif biomarkerlərin yığılmasına, məsələn, gözlər arasında məsafəyə, üz nöqtələrinə görə tanımağa imkan verəcək.
Təqdimat zamanı səhnəyə iki əkiz dəvət olunub və onlardan yalnız biri fərdi kompüterə daxil olub ki, bu da sistemin ideal işləməsindən xəbər verir.
“Intel”in baş direktoru hesab edir ki, bu funksiyalar fərdi kompüterlərin satışını artırmağa imkan verəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.