banner
banner

Hərbİ

Bir əsgərimiz şəhid oldu

Bir əsgərimiz şəhid oldu

Azərbaycan ordusunun əsgəri Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub.

Müdafiə Nazirliyindəki mənbələrdən Cia.az saytına verilən məlumata görə, şəhid olan hərbçimiz Qazax rayonundakı hərbi hissələrin birində xidmət edən əsgər Balaəhməd Rüstəmovdur.

18 yaşlı B.Rüstəmov hərbi xidmətə yarım il qabaq Bakının Zirə qəsəbəsindən çağırılmışdı. Allah rəhmət eləsin!

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.