Rövnəq Abdullayev qaz sızmasından danışdı - “Təhlükəlidi...”
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış evlərinin altında baş verən qaz sızmasına münasibət bildirib.
Cia.az-ın APA-ya istinadən xəbərinə görə, R. Abdullayev bildirib ki, evlərin altından sızan şist qazdır: “Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır”.
ARDNŞ prezidenti deyib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. “Məlumdur ki, Abşeron rayonu, eləcə də Masazır qəsəbəsi qaz sızmaları olan bir ərazidir. Neçə ildir Azərbaycan Dövlət Neft Şirkəti həmin ərazilərdəki neft və qazçıxarma mədənlərinin yaxınlığında qanunsuz olaraq evlərin tikilməsinin çox təhlükəli olduğunu bəyan edir. Mən bununla bağlı dəfələrlə çıxış edərək əhaliyə müraciət etmişəm. Masazırın bəzi yerlərində yeraltı qrunt qazsızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi, ARDNŞ, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə bir neçə dəfə baxış keçirib, yoxlama işləri davam etdirilir”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.