Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib.
Cia.az xəbər verir ki, “Cəbhəboyu zonada yerləşən hərbi hissə komandanlıqları və yerli icra hakimiyyəti orqanlarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşlıqlı əlaqələrinin təşkili” mövzusunda keçirilən toplantıda mövcud vəziyyət, qanunvericilik və digər rəhbəredici sənədlərlə tənzimlənən bəzi əsas tələblər, müharibə şəraitində qurumların məsuliyyəti, vəzifələri, tapşırıqları və digər vacib məsələlər müzakirə edilib.
Müşavirədə Füzuli, Daşkəsən, Ağdam, Tərtər, Beyləqan, Ağcabədi, Şəmkir, Xocavənd, Gədəbəy və digər rayon icra hakimiyyəti başçıları çıxış edərək rayon ictimaiyyətinin ordu ilə əlaqələrindən bəhs edib, bundan sonra da müdafiə və təhlükəsizlik tədbirlərinin təşkilində yaxından iştirak edəcəklərini bildiriblər.
Müdafiə naziri müşavirədə iştirak etdiklərinə görə icra başçılarına minnətdarlıq edərək bu kimi tədbirlərin davamlı olacağına əminliyini bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.