banner
banner

Gündəm

Azərbaycanda icra başçısının maşını “ştrafnoy”a aparıldı

Azərbaycanda icra başçısının maşını “ştrafnoy”a aparıldı

Dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.

Cia.az-ın avtosfer.az-ın məlumatına görə, avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş “FiFa” siqnalı və sayrışın işıqların olmasıdır. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.

Saytın əldə etdiyi məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndəarovun xidməti avtomobilidir.

Xatırladaq ki, icra başçılarının xidməti avtomobillərində bu cür vasitələrdən istifadə qanuna ziddidir. Çünki həmin siqnal və sayrışan işıqlar yalnız operativ nəqliyyat vasitələrinə vurula bilər. İcra başçısının xidməti avtomobili isə operativ nəqliyyat vasitəsi hesab oluna bilməz.

 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.