Sentyabrın 15-də İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Cia.az xəbər verir ki, filialın rəmzi açılışını bildirən lent kəsildikdən sonra Mehriban Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar. Sonra filialın ilk tələbələri və müəllimləri ilə görüş keçirilib. Görüşdə Mehriban Əliyeva çıxış edib.
Rusiyanın nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. Filialda tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada iki anatomiya sinif otağı, kompyuter zalları, histologiya auditoriyası, tibb tarixi otağı yaradılıb. Bu ali təhsil ocağı ən müasir dərs vəsaitləri, tibb, interaktiv tədris avadanlıqları ilə təmin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında 2015-ci il mayın 15-də Sərəncam imzalayıb. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.
I Moskva Dövlət Tibb Universiteti Bakı filialının kadrlarla təminatına və tədris prosesinin təşkilinə dəstək göstərəcək. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış rusiyalı alimlər cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.