banner
banner

Gündəm

“Fotoda tənqid ediləcək nə var?” - “Silahlı” fotosu yayılan direktor

“Fotoda tənqid ediləcək nə var?” -

Binəqədi qəsəbəsi 179 saylı orta məktəbin direktoru Kamalə Şıxliniskaya sosial şəbəkələrdə və mediada yayılan “silahlı” fotosuna münasibət bildirib. Cia.az xəbər verir ki, 1news.az-a müraciət edən direktor məsələyə aydınlıq gətirilməsini istəyib və bildirib ki, avqust-sentyabrda Londonda yaşayan qardaşının yanına istirahətə yollanmışdı və həmin foto fotostudiyalardan birində çəkilib:

“Qardaşımın ailəsi ilə fotostudiyalardan birində olduq. Orada tarix və ədəbiyyatın müxtəlif mövzularına dair fotosessiylar təklif edilirdi. Təklif edilənlərdən ən çox Amerikanın 20-ci əsrin əvvəllərindəki tarixi mövzusu xoşumuza gəldi. Bu janrda fotolar çəkdikdən sonra mən facebook vasitəsi ilə onları dostlarımla paylaşdım”.

Direktor bildirib ki, onun sosial şəbəkədə çox az dostu var və şəkillər geniş auditoriya üçün açıq deyil. Facebook-un gizlilik bölümündə onun razılığı olmadan dəyişiklik baş verdiyini deyən Şıxliniskaya gözlənilmədən şəkillərin istənilən istifadəçi üçün əlçatan olduğunu və bu yolla ələ keçirildiyini bildirib: “Bu şəkillərdə nə tənqid hədəfi ola bilərdi, bunu anlamıram. Məktəb direktoru da istənilən insan kimi dincəlmək haqqına sahibdir”.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.