Ermənilər Azərbaycanın məxfi sənədlərini ələ keçirib?
"Erməni xaker qruplarının Azərbaycan nazirliklərinin rəsmi saytlarına kiber hücum təşkil etməsi mümkün deyil".
Bunu ANS PRESS-ə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov deyib. O bildirib ki, dövlət qurumlarının saytları xüsusi qaydada qorunur:
"Dövlət saytları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) tərəfindən qorunur. Nazirlik saytları müvafiq serverlərə qoşulduğu üçün etibarlı şəkildə mühafizə edilir. Ermənistan tərəfindən istənilən kiber hücuma qarşı əvvəlcədən qabaqlayıcı tədbirlər görülür. Deyildiyi kimi ermənilər tərəfindən kiber hücumların təşkil olunması məlumatları yalandır", - deyə nazirlik rəsmisi söyləyib.
Qeyd edək ki, Ermənistan mətbuatında bir erməni xaker qrupunun Azərbaycan dövlət qurumlarının saytlarına kiber hücum təşkil etdiyi iddia edilib. Bildirilib ki, xakerlər nazirliklərin saytına hücum edərək vurulmuş erməni helikopteri və cəsədlərlə bağlı məxfi məlumatlar əldə ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.