“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Yunanıstan PAOK-u ilə görüşünün gecə yarısı başa çatmasını və bundan sonra azarkeşlərin evə getmələri üçün əməli tədbir görülməməsi mətbuatda müzakirələrə səsəb olub.
Cia.az xəbər verir ki, futbolinfo.az saytının yaydığı xəbərə “Qəbələ” operativ reaksiya verib. Klubun vitse-prezidenti Fariz Nəcəfov futbolsevərlərə şad xəbər verib:
“Bakı Metropoliteninin rəhbərliyi ilə əlaqə saxlayaraq, vəziyyəti onlara izah etdik. Sağ olsunlar, bizi anlayışla qarşıladılar. Qısa zaman kəsiyində məsələni müsbət həll etdilər. “Qəbələ” – PAOK matçı ilə əlaqədar Bakı
Metropoliteni bu gün gecə saat 01:30-dək işləyəcək”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.