banner
banner

Sosİal

“Saatı 30 manat, evdə bilmirlər...” - Bakı gecələri+Video

“Saatı 30 manat, evdə bilmirlər...” -

Gecələr Bakı küçələrində nələr baş verir?

“ Bakının Sulutəpə-Xocəsən yolundakı "mavi gecələri" haqda ans-in hazırladığı reportajı təqdim edirik:

"Özünü Ayka kimi təqdim 19 yaşlı gəncə, xanımmı desəm, oğlanmı desəm... Hər nəysə. Şəhərin bir çox ərazisində gözümüzə dəyən "Ayka" və onun kimilərin ünvanına yeni məkan əlavə edilib-Sulutəpə-Xocəsən yolu.

Ayka və onun bir iki rəfiqəsi artıq bir müddətdir ki, qaş qaralanda işə gedirmiş kimi üz tuturlar bu əraziyə. Həmişəki kimi öz amplualarında-mini yubkada, qısa sarı və ya qara uzun saçda- kişilər üçün qeyri-təbii işdə... Cazibədar görünmək üçün isə min hoqqaqdan çıxırlar.

Səbəb də bəllidir, kimlərinsə müvəqqəti hisslərinin qənimi olmaq. Və bunun müqabilində dırnaqarası xidmət haqqı...

Nəzərə alsaq ki, adıçəkilən ərazi paytaxtda daxil olan yük avtomobillərinin əsas yollarından sayılır. Onların müştərilərinin kim olduğunu izah etməyə isə artıq ehtiyac yoxdur.

“KamAZ” sürücülərindən savayı, xəttə çıxan avtobus sürücüləri və taksilər də tez-tez "Ayka" kimilərinin dırnaqarası qəbuluna düşürlər.

Ayka demişkən, təcrübəsi az olan bu gənc həyatından narazı görünmürdü. Deyib gülür və növbəti müştərisini gözləyir:

“Saatı 30 manat, evdə bilmirlər, bilsələr nə deyəcəklər ki?..”

Onlar gündüz adi, axşam isə qeyri-adi görünürlər. Ələxsus, Bakıda. Bakı gecələrinə özlərinə uyğun rəng qatan Aykalar, Syamalar, Cenilər isə günü-gündən çoxalır.

Bu, xəstəlik deyil və ona görə də müalicəsi yoxdur. Bu, sadəcə olaraq, vərdişdir, amma yoluxucu!"

 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.