Ərdoğan və Putinin yeni planları - Görüş baş tutdu
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasında səfərdə olub.
Cia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Ərdoğan ilə Putinin görüşü təxminən 1 saat 10 dəqiqə davam edib.
İki lider Moskva Mərkəz Məscidinin açılışından sonra Kremlin Sarayında jurnalistlərin qarşısına çıxıb, onların suallarını cavablandırıblar.
Türkiyə prezidenti çıxışında Moskva Mərkəz Məscidinin bərpası ilə ortaya möhtəşəm bir əsər çıxdığını qeyd edib.
Ərdoğan Türkiyə ilə Rusiya ikitərəfli əlaqələrinin son on ildə əhəmiyyətli nöqtəyə gəldiyini bildirib:
“2014-cü ildə iki ölkə arasındakı ticarət həcmi 31 milyard dollar təşkil edib. Bu ilin ilk altı ayında 11 milyard dollara çatıb. Bizim hədəfimiz isə 100 milyard dollardır. 2020-ci ildə yeni planımızın baş tutacağına inanıram. Ümid edirəm ki, bunu da bacaracağıq”.
Putin: “Təmaslarımız ən yüksək səviyyədə davam edir"
Rusiya dövlət başçısı Vladimir Putin də Mərkəz Məscidi açılış mərasiminə qatılmasına və inşaata etdiyi dəstəyə görə Ərdoğana təşəkkür edib.
Rus lider ikili əlaqələri və beynəlxalq məsələləri müzakirə üçün bu səfərin bir fürsət olduğunu vurğulayıb.
Türkiyə ilə Rusiyanın ən yüksək səviyyədə davamlı görüşləri olduğunu bildirib.
Putin hökumətlərarası dialoqun yanında parlamentlər arasında da əlaqələrin davam etdiyini qeyd edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.