banner
banner

Gündəm

“Qaya”nın müdir müavini itkin düşüb

“Qaya”nın müdir müavini itkin düşüb
“Qaya” Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini itkin düşüb. Redaksiyamıza daxil olan məlumata görə, 1962-ci il təvəllüdlü Fuad Həsən oğlu Hadıyev sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən “Xudafərin” şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonu, M.Qasımov küçəsi 19, mənzil 7-yə dönməyib. Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıblar. Lakin F.Hadıyevi “gördüm” deyən olmayıb. Aldığımız məlumatda bildirilir ki, bundan sonra onun yaxınları polisə üz tutublar. Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının da axtarışları nəticə verməyib. 
 
“Qaya” Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, F.Hadıyevin itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: “Daxili İşlər Nazirliyinə müraciət etdik, dərhal çevik reaksiya verildi. Nizami Polis İdarəsi ilə yanaşı şəhər Polis İdarəsi də axtarışlara qoşuldu. Fuad Hadıyevin telefonu sönüb. ”Təhlükəsiz Şəhər"in kameraları ilə baxdılar. Kameralardan görünür ki, o şadlıq evindən çıxıb “Neftçilər” metrosuna qədər gəlib. Ondan sonrası haqda məlumat yoxdur. Avtobusa minib, taksiyə minib bilinmir".
 
X.Əliyev deyir ki, F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib: “Deyə bilib ki, vəziyyəti ağırdır. Bundan sonra telefonu sönüb, yerini, harada olduğunu deyə bilməyib”.
 
Firma direktoru əməkdaşı haqda hər hansı bir məlumatı olanlardan polisə və ya “Qaya”ya məlumat vermələrini xahiş edib: “Bizim firmaya da müraciət edə bilərlər. Bizim firma əməkdaşları da onun itkin düşdüyü ərazidə olmuşuq, axtarmışıq”. 
 
X.Əliyev əməkdaşının yeri haqda məlumat verən şəxsə mükafat verəcəyini də açıqlayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.