Adam bıçaqlayan general oğlunun dostu: "Onun yerinə kim olsa, eyni hərəkəti edərdi"
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin şok görüntülərini təqdim etmişdik.
Həmin görüntülərdə Tamerlanın aprelin 9-u, təxminən gecə saat 1-də Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən “Senator” restoranında bir nəfəri bıçaqladığı görünür. Mətbuatda həmin şəxsin ofisiant olduğu bildirilir.
Tamerlan Əsədullayevin dostu Əhməd Nəbizadə Qaynar.info-ya verdiyi açıqlamasında mətbuatda yazılanların bir çoxunun həqiqəti əks etdirməyini söyləyib: “Tamerlanı tanıyan bilir ki, o heç vaxt kiməsə ağır söz deməz. Kasıblara kömək edən oğlandır. O səbəbsiz yerə heç kimi bıçaqlamazdı. Birincisi, mətbuatda yazıldığı kimi həmin bıçaqlanan oğlan ofisiant deyil. O həmin restoranın mühafizəçisidir, vaxtı ilə güləşlə məşğul olub.
Sadəcə, Tamerlanın yanında olan qıza sataşıb. Daha sonra mübahisə vaxtı həmin mühafizəçi Tamerlanın anasına söyüb. Tamerlan isə 3 ildir ki, anasını itirib. Bu üzdən söyüşü eşidən kimi stress keçirib və özündə olmayıb. Onun yerinə kim olsa, bəlkə də eyni hərəkəti edərdi”.
Qeyd edək ki, Əhməd Nəbizadə hazırda Peşəkar Futbol Liqasının prezidenti olan Ramin Musayevin “Neftçi”də vitse-prezident olduğu dönəmdə həmin klubun mühafizə xidmətində işləyib.
Xatırladaq ki, bu cinayətə görə Tamerlan Əsədullayevə Yasamal Rayon Məhkəməsi tərəfindən 3 il şərti cəza hökmü verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.