banner
banner

Gündəm

Məkkədəki faciəyə Kralın oğlu səbəb olub - Ərəb mediası

Məkkədəki faciəyə Kralın oğlu səbəb olub -

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində 717 nəfər ölüb, 863 zəvvar isə xəsarət alıb.

Ölənlər arasında Türkiyə vətəndaşı olmasa da onlardan 18 nəfərin aqibəti məlum deyil. İran İslam Respublikasının isə 96 vətəndaşı dünyasını dəyişib.

Cia.az-ın faktxəbər-ə istinadən məlumatına görə, ərəb mediası faciəyə səbəb kimi Kral Salmanın oğlunu göstərir.

Belə ki, Məhəmməd bin Salmanın kortejinin keçdiyi üçün zəvvarların yolu bağlanıb və zəvvarlar da məcbur olub əks yolla hərəkət etməyə başlayıblar. Elə bu zaman insan kütləsinin çoxluğu yaranıb və qarşılıqlı hərəkət edən kütlələr arasında tələfat baş verib. 

Qeyd edək ki, bundan əvvəlki kran faciəsi də Məhəmməd bin Salmanın rəhbərlərindən olduğu şirkətlərdən birinin səhlənkarlığı nəticəsində baş vermişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.