banner
banner

Dünya

İndoneziyada baş vermiş zəlzələ nəticəsində 62 nəfər xəsarət alıb

İndoneziyada baş vermiş zəlzələ nəticəsində 62 nəfər xəsarət alıb
İndoneziyanın Qərbi Papua əyaləti yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib. 
 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Mərkəz məlumat yayıb. Əsas təkandan sonra 4,3 və 3,9 bal gücündə daha iki  afterşok qeydə alınıb.
 
Zəlzələnin episentri Soronq şəhərindən 28 km aralıda 24 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.
 
Məlumata görə, yeraltı təkanlar 15 saniyə hiss edilib, bir neçə evin divarları uçub, pəncərələr  qırılıb.
 
Son məlumata görə, 62 nəfər xəsarət alıb, 200 evə ziyan dəyib.   
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.