Bu gün Həcc ziyarətində qəfil dünyasını dəyişmiş azərbaycanlı zəvvar Lider TV-nin əməkdaşının qohumu olduğu bildirilib.
Cia.az xəbər verir ki, bu barədə məlumatı aznews.az-a Lider TV-nin jurnalisti Elnur Niftəliyev verib. Bildirib ki, zəvvar barədə yayılan bəzi informasiyalar həqiqəti əks etdirmir:
"Həcc ziyarətində vəfat edən həmyerlimiz Fəxrəddin Oruc oğlu Zeynalov uzaq qohumumdur. Ürək tutmasından qəfil dünyasını dəyişən, əslən Qubadlı rayonunun Dondarlı kəndindən olan Fəxrəddin dayı Xırdalan şəhərində yaşayırdı.
Su idarəsində işləyirdi. Yayılan məlumatlarda 55 yaşı olduğu bildirilsə də, əslində Fəxrəddin dayı 1954-cü ildə anadan olub, ötən il 60 illik yubileyi qeyd edilmişdi. Məcburi köçkün olan Fəxrəddin dayı 3 oğul, bir qız atası idi. Hazırda mərhumun yaşadığı Xırdalan şəhərində qohumları bir araya gəlib, onun yas mərasiminə hazırlaşırlar. Mərhumun yas mərasimi sentyabrın 29-da Sumqayıt şəhərində təşkil olunacaq.
Allah digər zəvvarlarımıza sağ-salamat vətənə qayıtmağı nəsib etsin".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.