Nazirliklə idarə arasında qalmaqal - Modelin toyuna görə...
İsrail supermodeli sayılan Bar Refaelinin toyunun keçirildiyi yerdə hava məkanının qapadılması xahişi ölkənin nəqliyyat nazirliyi ilə mülki aviasiya idarəsi (CAA) arasında qalmaqala səbəb olub.
Cia.az BBC-yə istinadən xəbər verir ki, CAA İsrailin şimalında, toyun keçirildiyi hotelin üzərində hava məkanını bağlamağa razılıq verib.
Lakin nəqliyyat naziri Yisrael Katz qərarın dəyişməyəcəyi təqdirdə, CAA rəhbərini işdın çıxarılacağı ilə bağlı hədələyib.
Nəticədə, cümə axşamı keçirilmiş toy zamanı hava bütün təyyarələr üçün açıq qalıb, İsrail mətbuatə xəbər verir. İsrailin ən tanınmış modeli olan 30 yaşlı Refaeli, israilli milyarder Adi Ezra ilə, Hayfa yaxınlığındakı “Carmel Forest” hotelində evlənib.
İsrail mətbuatının yaydığı məlumata görə cütlük, toy günü havada beş dron, iki helikopter və müşahidə şarının hərəkətini planlaşdırıb. Onlardan bəziləri yuxarıdan şəkillər çəkmək üçün nəzərdə tutulub.
CAA əvvəlcə təhlükəsizliyin təmin olunması məqsədilə, cütlüyün hava məkanının digər uçuşlar üçün qapadılması istəyinə əməl etməyə razılaşıb.
Lakin cənab Katz bazar günü qərarı ləğv edərək deyib:
“Hava məkanı bütün İsrail vətəndaşlarına məxsusdur və biz toy sahiblərinə xüsusi rəftar göstərə bilmərik”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.