banner
banner

Hərbİ

Ermənistan itkilərini açıqladı - 4 ölü, 16 yaralı +Siyahı

Ermənistan itkilərini açıqladı -

Ermənistan ötən gün  təmas xəttinin Tərtər-Ağdam istiqamətində gedən qanlı döyüşlərdə ölənlərlə yanaşı 16 əsgərinin yaralanması barədə məlumat yayıb. 

Cia.az modern.az-a istinadən bildirir ki, erməni mətbuatı yaralanan 16 nəfərin adlarını açıqlayıb.

Onlar müddətli hərbi xidmət keçən Arkadiy Muradyan, Arutyun Tovmasyan, Karen Vardanyan, Vanik Martirosyan, Tatul Poqosyan, Serqey Eloyan, Xaçatur Papikyan, Yaşa Baqdasarov, Arman Stepanyan, Harek Tarumyan, Karen Yeremyan, Safar Safaryan, Vurq Qalstyan, Razmik Xaçatryan, Sedrak Qaribyan və Ayk Ovannisyandır.

Döyüş zamanı məhv edilən əsgərlər isə  Norayr Xaçatryan, Robert Mkrtçyan, Arut Akopyan və Karen Şaqinyan olublar.

Qeyd edək ki, ötən gün cəbhədə baş verən döyüş zamanı Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.