Müğənni Nadir Qafarzadə onu tənqid edənlərdən bəhs edib.
Cia.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə müsahibəsində bildirib ki, müğənnini həyat yoldaşı Sevinclə özünü reklam etməkdə qınayırlar:
“Həyat yoldaşımı sevmişəm, sevirəm, sevəcəm. Bəzən deyirlər ki, Nadir həyat yoldaşı ilə özünü reklam edir. Bu belə deyil, özümü arvadım ilə reklam etmirəm. Nümunəvi ailəyə sahib biri kimi ailəm haqda suallar ünvanlayırlar, cavablandırıram. Nümunəvi ailəni reklam etməyə dəyər. Cavanlarımız, yeni evlənən cütlüklərimiz görsün ki, ailə necə olmalıdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.