Müğənni Röya Ayxan məmur oğlu ilə sevgili olması haqda yayılan xəbərlərə münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, bu haqda “İnstagram” səhifəsində yazan sənətçi bu xəbərlərin şayiə olduğunu bildirib:
“Şəxsi təyyarəm olsaydı, uçardım. Allaha mənə səbr ver, adam bu insanların dedi-qodusuna nə qədər dözər. Bir də ki, sevgilisiz düşməniniz olsun”.
Qeyd edək ki, sənətçinin yüksək vəzifəli məmur oğlu ilə sevgili olması və məmur ailəsinin bu münasibətdən xəbərdar olmaması ilə bağlı “Qafqazinfo”ya məlumat daxil olmuşdu. Hətta yeni cütlüyün tez-tez ölkə xaricinə istirahətə yollandığı və Marmarisdə yerləşən tanınmış otellərdən birinə xüsusi təyyarə ilə getdikləri də iddia edilmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.