banner
banner

Gündəm

Ziya Məmmədov göründü, oğlu isə...

Ziya Məmmədov göründü, oğlu isə...

Anar Məmmədovla bağlı yeni xəbərlər yayılıb; nazirin qardaşının qudası yenidən deputat olmaq istəyir

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Anar Məmmədovun ölkədən gedişi atası ilə əlaqədar problemlərlə bağlıdır.


“Ziya Məmmədov artıq hakimiyyət komandasında nüfuzunu itirib. Prezident İlham Əliyevin ona etimad göstərmədiyi bildirilir.
 
Ziya Məmmədovun səlahiyyətlərinin bir qisminin əlindən alınması və onun prezident səviyyəsində tənqid edilməsi bu məlumatların əsassız olmadığını göstərir. ”Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Bundan başqa, Ziya Məmmədovun nəzarətində olan “Transqeyt” şirkətinin marşrut avtobuslarının xəttə buraxılmasına qadağa qoyulub. Taksilərə lisenziya verilməsi də ASAN xidmətə tapşırılıb. Ziya Məmmədovun nəzarətində olan Bakı Beynəlxalq Avtovağzalı da nazirin əlindən çıxıb. Bütün bunlar Ziya Məmmədovun “vurulması” planının tərkib hissəsidir" deyə, yazıda bildirilib. Sayt iddia edir ki, nazir özünə qarşı planlarda oğluna da təhlükə görür. Bu baxımdan da onu ölkədən çıxarıb. 


Qeyd edək ki,  prezident İlham Əliyev  sentyabrın 23-də 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasını keçirib. İclasda çıxış etməsə də, təşkilat komitəsinin üzvü olan nəqliyyat naziri də iştirak edib. Uzun müddətdir ekranlarda görünməyən və rəsmi məlumata görə, oktyabrın 23-dək məzuniyyət götürən Z.Məmmədov bir az narazı, bir az məyus nəzərə çarpıb.
 
Nəqliyyat nazirinin oğlunun Bakını tərk etməsi barədə informasiyalar bir müddət əvvəl də yayılmışdı. Xəbərlərdə deyilirdi ki,  Anar Məmmədov ABŞ-a gedib və səfərin məqsədi bilinmir.  A.Məmmədov biznesində yaranmış maliyyə problemləri səbəbindən ABŞ-dakı lobbiçilik fəaliyyətini dayandırması barədə xəbərləri də şərh etmir. Nəzərə çatdıraq ki, Avropa Oyunları ərəfəsində açılışı gözlənilən Məmmədovların  “Baku Towers” adlanan mehmanxanası  bu günədək qapılarını açmayıb.  Məmmədovların amerikalı milyarder şəriki və hazırda Ağ Evə sahiblik uğrunda mübarizəyə qoşulan  Donald Trumpun şərəfinə adlandırılan  “Trump Towers”in açılışının niyə ləngidiyi sualı da açıq qalır.   Xatırladaq ki, bir neçə ay əvvəl milyarderin qızı, “The Trump Organization”in vitse-prezidenti İvanka Trump da  Bakıda olmuş və tikinti meydançasına şəxsən baş çəkmişdi. 
 

Nəqliyyat nazirinin qardaşı, deputat Elton Məmmədovun  bu il keçiriləcək parlament seçkilərində iştirak edib-etməməsi barədə bu həftə qərar verəcəyini desə də, bu haqda yeni bir məlumat yoxdur. 
 
Elton Məmmədov 91 saylı Ucar seçki dairəsindən seçilib. Hazırda isə həmin dairədən Yeni Azərbaycan Partiyasının dəstəklədiyi Vüsal Hüseynovun namizədliyi irəli sürülüb. Yeri gəlmişkən, sentyabrın 28-də məlum olub ki, nazirin qardaşının qudası  59 saylı Salyan seçki dairəsindən hazırkı deputatı Əliağa Hüseynov parlament seçkilərində yenidən millət vəkilliyi uğrunda mübarizə aparacaq. 
 
Modern.az saytı xəbər verir ki, 59 saylı Salyan Dairə Seçki Komissiyası Əliağa Hüseynovu deputatlığa namizəd kimi qeydə alıb. Bitərəf namizəd olan Ə.Hüseynov bu dairədə YAP-ın siyahısı ilə seçkiyə qatılan İlqar Ağabəyovla mübarizə aparacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.