banner
banner

Hərbİ

Müdafiə Nazirliyi düşməni təkzib etdi: “Bu adda əsgərlərimiz yoxdur”

Müdafiə Nazirliyi düşməni təkzib etdi:

Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur.

Bu bəyanatla Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.

Nazirlik bəyan edib ki, bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir: “Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur”. 

Virtualaz.org

 

*  *  *15:42

Ermənistanın Müdafiə Nazirliyi sentyabrın 28-dəki döyüşlərdə guya həlak olmuş Azərbaycan əsgərlərinin adlarını açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinad edən erməni KİV-ləri məlumat yayıb.

“Azərbaycan Silahlı Qüvvələri sentyabrın 28-də 6 hərbçisini itirib. Onlar aşağıdakılardır: Şəhriyar Əli oğlu Uyadov (13.01.2015-ci ildə orduya çağırılıb), Əyyub Abdulla oğlu Ramazanov (28.04.2015), Nicat Mehman oğlu Yarayev (08.12.2014), Əhməd Cavanşir oğlu Əyyubov (08.12.2014), Elvin Müşrü oğlu Yusifov (15.12.2014) və Samir Sabir oğlu Əhmədov (18.07.2014)” - deyə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda iddia olunur.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində ağır döyüşlərin getməsi barədə məlumat yaymışdı. Məlumatda 3 azərbaycanlı hərbçinin şəhid olduğu bildirilirdi.

“Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müdafiə xəttinin dərinliyində müəyyən edilmiş koordinatda yerləşən canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrdən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu - Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olublar” - deyə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilirdi.

Virtualaz.org saytı Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinin bu bəyanatına münasibətini yaxın dəqiqələrdə təqdim etməyə çalışacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.