Gəncə Şəhər İcra Hakimiyyətinin (İH) başçısı Elmar Vəliyev YAP Gəncə şəhər Təşkilatının Qərargahında vətəndaşlarla növbəti qəbulunu keçirib.
İcra hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirak etdiyi qəbulda 103 vətəndaşın müraciəti dinlənilib. Müraciət edənlər içərisində şəhid ailələri, müharibə veteranları və Qarabağ əlilləri də olub.
I qrup əlil Firuddin Əfəndiyev, Rəhim İsmayılov, Heybət Əsgərov, Məzudə Qasımova , Fərhad Həsənov, Rahilə İbrahimxəlilova mənzil şəraitləri, Sürəyya Əmirova, Zərifə Məmmədova suya olan tələbatları, Şahmar Həsənov 9 ailənin yaşadığı binanın qəza vəziyyətində olduğu ilə bağlı problemlərindən danışıblar.
Qarabağ əlili İlham Namazov müalicəyə ehtiyacı olduğunu bildirib. İcra Başçısı Elmar Vəliyev baş həkimlə telefon bağlantısı yaradaraq müharibə veteranının müalicəsi ilə ciddi məşğul olunması barədə tapşırıq verib.
Güllü Cəfərova Natəvan qəsəbəsində uşaqların məktəbə ehtiyacları olduğunu bildirib.
Elmar Vəliyev bildirib ki, bu qəbildən olan görüşlərin əsas məqsədi, ölkə başçısının tapşırığına müvafiq olaraq vətəndaşların firavanlığının təminatı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Şəhər Başçısı sakinlərin problemlərinin həlli istiqamətində lazımi addımların hər zaman atılacağına diqqət çəkib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.